Əmrah Acundan 225 min TL təzminat istədi

Əmrah Acundan 225 min TL təzminat istədi

Müğənni Emrah Acun TV8-in rəhbəri Acun İlıcalını məhkəməyə verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı "Unuda bilsem", "Götür beni gittiğin yere", "İhtiyacı var" adlı bəstələrinin "O ses Türkiye", "Yetenek Sizsiniz" və "Rising Star" adlı proqramlarda ondan icazə alınmadan istifadə edilməsinə etirazını bildirib.

Emrah bu səbəbdən "Acun Media"nı məhkəməyə verib, 225 min tür lirəsi dəyərində maddi, 119 min türk lirəsi dəyərində isə mənəvi təzminat tələb edib: "Bu təkcə mənimlə bağlı bir mövzu deyil. Məndən başqa bütün bəstəkarlara hörmətsizlik edilib. Öz hüquqlarımı qoruyuram".

Bütün xəbərlər Facebook səhifəmizdə