Model Günay Musayeva Türkiyədə təqdimata qatılıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, model jurnalistlərin oğlu və keçmiş əri, aktyor Tolqa Karellə bağlı suallarını cavablandırıb. Günay müxbirlərin gözlənilməz sualı ilə qarşılaşıb. "Tolqa bəyə görə peşmansınız? Ana olmaq üçün sperma bankına müraciət edərdinizmi?" sualından təəccüblənən G.Musayeva "Mən oğlumu çox sevirəm. Buna görə də əsla peşman deyiləm. "Oğlumun həm anası, həm də atasıyam" cavabını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB