Ayan: "Hər zaman ona güvənib, addım atmışam" FOTOLAR

Bu gün müğənni Ayanın və əkiz qardaşı Samirin ad günüdür. SİA-nın verdiyi xəbərə görə, hər il təmtəraqlı özünə doğum günü keçirdən ifaçı bu dəfə ənənəsinə sadiq qalmayacaq: "Ad günü keçirmək əhval-ruhiyyəsində deyiləm. Bu gün adi günlərdən biri olacaq. Təbriklər alıram, ən böyük hədiyyəm qızım Selenanın həyatımda var olmasıdır. Onu da deyim ki, bu gün mənimlə yanaşı əkiz qardaşım Samirin də ad günüdür. Onunla bir yerdə dünyaya göz açıb, nəfəs almışıq. Eyni anda dil açıb, yerimişik. Samir mənim canımın parçasıdır. Hər zaman ona güvənib, addım atmışam. Çünki qardaşım mənim əkizimdir, canımdır. Allah bizi dünyaya gətirən anama can sağlığı versin. Heç bir ana övlad acısı görməsin. Hər zaman Tanrı ailəmi və Azərbaycanı qorusun".

Bütün xəbərlər Facebook səhifəmizdə