Baxılan serialla bağlı yeni qərar

Türkiyənin baxımlı serialı olan "İlişki durumu karışık"la bağlı yeni qərar verilib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, baş rollarında Berk Oktay, Seren Şirince, Eda Ece, Pamir Pekin, Nurseli İdiz, Gülden Avşaroğlu və digərləri olan ekran işinin yayım günü dəyişdirilib. Serial aprelin 20-dən etibarən çərşənbə günləri efirə gedəcək. Onun yerinə isə kanalın yeni serialı olan "Oyunbozan" yayımlanacaq.

Yeni serialın artıq ilk bölümünün görüntüləri yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə