Əməkdar artist qızı üçün vağzalı çaldırdı FOTOLAR

Əməkdar artist Bəsti Sevdiyeva qızı Aytac üçün vağzalı çaldırıb. SİA-nın verdiyi xəbərə görə, sənətçinin qızı sevib, seçdiyi bəylə nikah masasına əyləşib. Şəhər restoranlarından birində keçirilən mərasimə sənət aləminin tanınmış simaları qatılıblar. Onlar cütlüyün ünvanına xoş sözlər deyərək, xoşbəxt olmalarını arzulayıblar.

Daha sonra gecəyə gələn ifaçılar repertuarlarında olan mahnıları səsləndirib, gecəyə rəng qatıblar.

Qeyd edək ki, Bəsti Sevdiyeva biri qız, biri oğlan olmaqla iki övlad anasıdır. Bu, sənətçinin ailəsində baş tutan ilk toydur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...