Ramaldan yenilik

Müğənni Ramal İsrafilov "Vətən marşı" adlı yeni mahnı üzərində çalışır. SİA-nın verdiyi xəbərə görə, bəstənin sözləri xalq şairi Bəxtiyar Vahabzadənin, musiqisi ifaçının özünün, aranjiman isə Vüsal Ömərovundur. R.İsrafilov son zamanlar cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar vətənpərvərlik mövzusuna daha çox müraciət olunduğunu deyib: "Çox mahnı yazıldı, amma "Vətən marşı" olmadı. Mahnı bir neçə günə dinləyicilərə təqdim ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə