Məşhurlardan Lalə Məmmədovaya cavab gəldi FOTOLAR

Məşhurlardan Lalə Məmmədovaya cavab gəldi FOTOLAR

Əməkdar artist Lalə Məmmədovanın cəbhə bölgəsində əsgərlər üçün konsert verən sənət dostlarına irad bildirib. SİA-nın verdiyi xəbərə görə, onun bu sözləri bir çoxlarının xoşuna gəlsə də bəzilərinin etirazına səbəb olub.

Məşhurların bu məsələ ilə bağlı fikirlərini təqdim edirik:

Əməkdar artist Röya Ayxan: "Mən səninlə razıyam".

Müğənni Nadir Qafarzadə: "Lalə Məmmədova bizi cəbhə bölgəsində konsert verməkdə günahlandırır. Əvvəla biz bunu özbaşına etməmişik. Müdafiə, Mədəniyyət və Turizm Nazirliklərinin təşkilatçılığı ilə etmişik. Bəli, o cəbhə bölgələrinə mən də getmişəm. Biz heç də toy-bayram etmirik. Bir vətandaş olaraq, borcumuzu yerinə yetiririk. Biz orada sadəcə oxumurduq, həm də şəhid ailələrinə baş çəkib, əlimizdən gələni əsirgəmirdik. Döyüş bölgəsində düşmənlə üz-üzə dayanıb Azərbaycanın mahnı və muğamlarını ifa edərək, ermənilərə eşitdirirdik ki, bilsinlər biz göz yaşlarına qərq olmamışıq. Şəhidlər bizim üçün ölməyib, qəlbimizdə əbədi yaşayacaqlar. Gəlin bu günlərdə bir-birimizə dəstək olaq, ittiham etməyək. Mən də şəhid vermişəm. Doğma əmim nəvəsi Ramil Novruzov. Bu yara hamımızındır. Bu gün Azərbaycan əsgərinin diqqətə, qayğıya ehtiyacı var. Bəzi şeyləri yazmayacaqdım, amma məcbur edirsiniz. Mənəvi dəstəklə yanaşı, maddi dəstəyim də olub. İndi yazın ki, Nadir özünü reklam edir".

Rəqqasə Fatimə Fətəliyeva: "Azərbaycanımızın bu günlərində hamıdan xahiş edirəm bir-birimizi qırmayaq, söz atmayaq. Bizim səhifələri ermənilər də izləyir. Kimsə nə isə edib və bunu səhv yozublarsa, buna göz yumaq. Axı bunu edən də azərbaycanlımızdır. Bu günlərdə sənət adamlarını tənqid etməyək".

Prodüser Tarix Əliyev: "Bizi qınayırdılar ki, əsgərlərin yanına gediblər. Mən başa düşürəm insanlar toyu aylar əvvəl danışır. Biz də toydayıq. Amma şəkil, video paylaşmaq nəyə lazımdır? Hələ onlara "əjdahasan, supersən" yazanların sabun başına kül. Vətən dərdi çəkən heç olmasa getdiyi toyu gizlədər. Ay aman, şəkil qoymasalar, deyəcəklər toyu yoxdur".

Prodüser yazdığı "Lalə, sən də deyəsən, deputat olmaq istəyirsən. Rəfiqən də ad alıb, elə bilir sözü keçərlidir" fikirlərini daha sonra silib və bunun səbəbini açıqlayıb: "Bayaq yazdığım fikrimi sildim. Çünki istəmirəm kimisə reklam edim. Amma bunlar elə bilməsinlər ki, ulduzdular".

Qeyd edək ki, Lalə Məmmədova "Bu, Azərbaycan əsgərinə dəstək deyil. Bu, canını bizim uğrumuzda şəhid edənlərə və onların əzizlərinə hörmətsizlikdir. Səhər əsgər yoldaşını torpağa tapşıran əsgərin qol götürüb oynamasının adı nədir?" sözlərini yazmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə