Türkiyənin məşhur stilisti Kemal Doğulu əməliyyat olunub. SİA-nın türk mətbutına istinadən verdiyi xəbərə görə, bu haqda stilistin özü danışıb: "Müvazinətimi itirərək yıxıldım. Sağ ayağım topuq hissədən qırıldı və əməliyyat olundum. Ayağıma 2 ədəd platin yerləşdirildi".

Qeyd edək ki, Kemal Doğulu "İşte benim stilim" dəb yarışmasının ötən mövsümlərindəki münsiflər heyətində yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə