Onlar əsgərlərimiz üçün oxudu FOTOLAR

Onlar əsgərlərimiz üçün oxudu FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə dəstək nümayiş etdirmək üçün Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət keçən əsgərlər üçün bir qrup incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, hərbi hissənin zabitləri Azəbaycan odusunun yüksək hazırlıq səviyyəsində və böyük ruh yüksəkliyində olduğunu vurğulayıblar.

Bundan sonra da düşmənin təxribatlarının qarşısının alınması və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün hər an döyüşə hazır olduqlarını vurğulayıblar. Konsertin təşkil olunmasına görə Mədəniyyət və Turizm Nazirliyinə, eyni zamanda nümayiş etdirdikləri həmrəyliyə görə isə bütün ölkə əhalisinə öz minnətdarlıqlarını ifadə ediblər.

Musiqiçilərimiz də son günlər cəbhədə baş verən erməni təxribatının qarşısını alan və düşmənə layiqli cavab verən Silahlı Qüvvələrin əsgər və zabitləri önündə çıxış etməkdən qürür hissi keçirdiklərini bildiriblər. Bu günlərdə bütün ölkə əhalisinin ordumuz ilə həmrəy olduğunu qeyd edərək, mədəniyyət işçilərinin də əsgərlər qarşısında çıxış etmələrinə borclu olduğunu vurğulayıblar.

Azərbaycan Ordusununa dəstək nümayiş olunan konsert proqramında Azad Şabanov, Elnur Məmmədov, Kamilə Nəbiyeva, Samir Cavadzadə, Natavan Həbibi vətənpərvər milli musiqilər ifa ediblər. Həmçinin xanəndə İlkin Əhmədovun ifasında xalq mahnıları, muğam və təsniflər səsləndirilib. Onu tarda Sahib Paşazadə, kamançada Toğrul Əsədullaye və nağarada Emin Cəbrayılov müşayət ediblər. Yüksək əhval-ruhiyyədə olan əsgərlər incəsənət ustaları ilə birlikdə rəqs ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə