Ceyhun əsgərlərlə görüşdü FOTOLAR

Azərbaycanın bir qrup mədəniyyət və incəsənət ustaları "N" saylı hərbi hissələrin birində əsgər və zabitlərlə görüşüblər. SİA-ya bu barədə müğənni Ceyhun Əliyev məlumat verib:"Əsgər və zabitlərimizə dəstək olmağı özümüzə borc bildik. Onlarda ruh yüksəkliyini, torpaqların işğaldan azad olunması üçün hazır olduqlarının şahidi olduq. Konsert proqramı ilə çıxış etməyi düşünürdük. Amma şəhid xəbəri gəldiyi üçün musiqini dayandırdıq. Müdafiə Nazirliyinin təşəbbüsü ilə şəhid ailələrinə baş çəkdik, onların dərdinə şərik olduq. Arzu etdik ki, işğal altında olan digər torpaqlarımız azad olunsun və biz zəfər marşını Qarabağda çalaq. Hər bir əsgərimizi Allah qorusun. Onlara gecə-gündüz dua edirik. Hər birinin əlini bərk-bərk sıxıb, onlarla qürur duyduğumuzu bildirdik".

Bütün xəbərlər Facebook səhifəmizdə