"Mənə sizin kimi atam pul verib hərbi bilet almayıb"

Prodüser Tolik (Tarix Əliyev) onun barəsində hərbi geyimdə cəbhə bölgəsinə yollanaraq bununla özünü reklam etdiyini deyənlərə əsəbiləşib. SOA-nın verdiyi xəbərə görə, o, "İnstagram"da hərbi biletinin fotosunu paylaşaraq onu qınayanlara sərt cavab verib:"Buradan bəzi özünü "kişi" sayıb mənə hərbini yaraşdırmayan, amma hərbi biletlərində "9b" və ya "neqodnı" olan qaqaşlara səslənirəm. Mənə sizin kimi atam pul verib hərbi bilet almayıb. Siz elə bilirsiniz kişi, kişi deməklə siz kişisiniz? Ona görə hərdən bir açın hərbi biletinizə baxın və deyin: Mən Tolik qədər də olmadım. Mən müharibə vaxtı yararlıyam, amma siz yararlı deyilsiniz. Sizə əsgərlikdə kartof soymaq da olmaz, o ki qaldı erməni ilə üz-üzə vuruşmaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...