Lalə əsgərlərə konsert verən həmkarlarını qınadı

Əməkdar artist Lalə Məmmədova cəbhədə əsgərlərə konsert verən həmkarlarına əsəbiləşib. SİA-nın verdiyi xəbərə görə, müğənni sosial şəbəkədə bunun şəhidlərin ruhuna hörmətsizlik olduğunu yazıb: "Əziz sənət yoldaşlarım! İnternetdə sizin cəbhə bölgəsinə səfərləriniz və etdiyiniz şadyanalığınızı seyr edirəm... Bu, Azərbaycan əsgərinə dəstək deyil. Bu, canını bizim uğrumuzda şəhid edənlərə və onların əzizlərinə hörmətsizlikdir. Səhər əsgər yoldaşını torpağa tapşıran əsgərin qol götürüb oynamasının adı nədir? Etməyin! Mübarizə, dəstək belə primitiv yolla deyil, daha sivil və məntiqlə olmalıdır!".

Bütün xəbərlər Facebook səhifəmizdə