Mətanət İsgəndərlidən şəhid analarına mahnı

Əməkdar artist Mətanət İskəndərli əsgərlərimizə və övladı şəhid olan analara mahnı ithaf edib. SİA-nın verdiyi xəbərə görə, "Anaların naləsi" adlanan mahnının sözləri Mətanət İskəndərliyə, musiqisi Nailə Mirməmmədliyə məxsusdur. Lirik kompazisiya haqqında danışan Mətanət xanım eyni zamanda son günlər cəbhədə baş verən hadisələrə bu cür münasibət bildirib:"Hər bir azərbaycanlı kimi mənimdə şəhidlərimizə görə, içim qan ağladı. Məndə anayam, övlad itirən anaların dərdi bizim də dərdimizdir. O, acını necə yaşadığımı sözlə ifadə edə bilmirəm. Hər gün Allaha dua edirəm ki, əsgərlərimizi dərd-bəladan qorusun. İçimizdə ağlasaq da, üzdə bunu biruzə verməyək. Çünki düşmənlərimiz baxıb sevinirlər. İnsan ağalayanda, gücsüz olur. Arzu edirəm ki, işğal altında olan digər torpaqlarımızda azad olsun. Biz özgənin torpağını zəbt etməmişik. Haqq bizim tərəfimizdədir. Vətən anadır deyirik, kim anasın düşmənə verər? İnşallah bütün torpaqlarımızın qələbə sevincini yaşayarıq. Qarabağ bizimdir, bizimdə olacaq. Hamımız Ali Baş Komandanın ətrafında birik. Allaha hər gün dua edirəm, əsgərlərimizi düşmənin gülləsindən qorusun. Analara övlad itkisi yaşatmasın. Bu mahnımı da əsgərlərimizə, övladı şəhid olan analara ithaf etmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə