Röyanın keçmiş əri kimi oğru adlandırdı? FOTO

Röyanın keçmiş əri kimi oğru adlandırdı? FOTO

Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov Azərbaycanda fəaliyyət göstərən banklardan biri ilə məhkəməlik olub. SİA-nın verdiyi xəbərə görə, iş adamı bankı onun və yaxınlarının hesabından pul oğurlamaqda ittiham edərək məhkəməyə verib: "Bank Standart"da mənə və yaxın qohumlarıma məxsus bank hesablarından bizim razılığımız olmadan külli miqdarda (milyonlarla) pul vəsaitinin başqa şəxslərin hesabına köçürülməsi halları baş verib. Bizim razılığımız olmadan hesabımızdakı pullardan kimlərin istifadə etməsi və külli miqdarda pul vəsaitlərinin kimlərin hesabına köçürülməsi barədə məsələlərin aydınlaşdırılması üçün Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm. Məhkəmənin qətnaməsi ilə bizim iddia tələblərimiz təmin edilmişdi. Lakin Bakı Apellyasiya Məhkəməsinin 02.03.2016-cı il tarixli qərarı ilə, Səbail rayon Məhkəməsinin qətnaməsi əsassız olaraq ləgv edilmişdir. Beləcə bankın bizə məxsus hesablarda olan pul vəsaitlərindən qanunsuz olaraq istifadə etməsi halları ört-basdır olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə