Mərhum bəstəkarın xatirə gecəsində şəhidlər anıldı FOTOLAR

Heydər Əliyev Sarayında mərhum bəstəkar Emin Sabitoğlunun xatirə gecəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, "Emin Sabitoğlunun musiqi dünyası" adlı gecədə ilk olaraq şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Konsertdə xalq artistləri Flora Kərimova, Aygün Bayramova, Könül Xasıyeva, Heydər Anatollu, Gülyanaq və Gülyaz Məmmədovalar, əməkdar artistlər Mətanət İsgəndərli, Aybəniz Haşımova, Aygün Bəylər, Aşıq Samirə, populyar müğənnilər Natəvan Həbibi, Günay İbrahimli, Xatirə İslam, Rəvanə Ərəbova, Gülay Zeynallı, Mirkamil Kamilov, Elçin Cəfərov və "Şeron" vokal qrupu bəstəkarın mahnılarını ifa ediblər.

Qeyd edək ki, tədbirdən əldə olunan vəsaitin bir qismi Silahlı Qüvvələrin Yardım Fonduna köçürüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə