Məşhurlarımız Lələ Təpədə Qarabağ şikəstəsi oxudu FOTO

Məşhurlarımız Lələ Təpədə Qarabağ şikəstəsi oxudu FOTO

Xanəndə Qoçaq Əsgərov və müğənni Elnur Məmmədov ötən gün ermənilərdən azad olunan Lələ Təpə adlı yerdə olublar. SİA-nın məlumatına görə, onlar əsgərlərə dəstək olaraq "Qarabağ" və "Azərbaycanım" mahnılarını, "Qarabağ" şikəstəsini səsləndiriblər. Elnur Məmmədov həmin görüntüləri sosial şəbəkədə paylaşaraq bu sözləri qeyd edib: "Lələ Təpə zirvəsindəyik. Allah əsgərlərimizi qorusun, şəhidlərimizin ruhu şad olsun. Qarabağda "Qarabağ" şikəstəsi. Burada erməni dığalarına od qoyduq. Nə qədər dığanı görürdük. "Qarabağ" mahnısını oxuyub, onlara od qoyurduq. Var olsun Azərbaycanın dəyərli əsgərləri".

Bütün xəbərlər Facebook səhifəmizdə