Məşhur iştirakçı "Survivor"u səs-küylə tərk etdi

"Survivor"da 7-ci həftənin nəticələrinə görə müğənni Yılmaz Mörgül yarışmanı tərk edib. SİA-nın Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yılmaz onun adını söyləyən Atakan haqda sərt çıxış edib. O, Atakanın adada hər kəsə ağa kimi davarandığını iddia edib. Müğənni sms səsverməsində uduzduğunu öyrənəndən sonra daha sərt çıxış edərəkl "Sən kimsən? Əvvəl adam olub gəlməliydin buraya. Mənim həyatımda belə pis insanlar yoxdur... Hər kəsə hökm etməyə çalışan bu Allah qulunu ilahi ədalətə təslim edərək gedirəm" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə