Xatirə: "Əsgərlərə ucuz siqaret aldığım üçün məni tənqid edirlər"

Xatirə: "Əsgərlərə ucuz siqaret aldığım üçün məni tənqid edirlər"

Xatirə İslam sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib. SİA-nın verdiyi xəbərə görə, ifaçı həmin kəslərə xəbərdarlıq edib: "Yuxudan durub "İnstagram"a qaçırsız, izlədiyiniz adama xoş olmayan tikanlı atmacalar atırsız. Əliniz nə keçir? Ermənilər bizim burada qırğınlarımıza baxırlar, bəlkə də gülməkdən ölürlər. Allah hamını bilir, ürəklərinə görə verir. Bu qurdluluqdan əl çəkin. Biri yazır ki, qazandığınız pulları əsgərlərə verin, digəri isə onlara ucuz siqaret aldığıma görə tənqid edir. Başqaları isə səngərə getmə səbəbimin reklam olduğunu bildirir.

Ay savadsız insan, mən reklam edirəm? Reklam etdiyimi harda görmüsən? Sən də qeyrətə gəl, bir siqaret alıb həmin ərazilərə get. Yanımda top atıldı, tank gördüm, daha sonra sizin yazılara fikir verdim. Yolda 180-lə sürərərək qadın və uşağa yol verməyənləri görəndə... Kim olursan ol, amma insan ol. Allah köməyimiz olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə