Ancelina Coli qısqanclıqdan 39 kilo oldu

Dünya ulduzu Ancelina Coli xəstəxanaya yerləşdirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, aktrisanın çəkisi 39 kq-a düşüb, kütləvi zəifliyi kritik həddə çatıb.

Digər xəbər saytları yazır ki, Hollivud ulduzunun bu görünüşü səhhəti ilə bağlı deyil, aktrisa həyat yoldaşı Bred Pittlə gərgin münasibət yaşayır. Coli həyat yoldaşını gənc aktrisalardan qısqanır, bu isə onun kilo atması ilə nəticələnir.

Qeyd edək ki, bir müddət əvvəl cütlüyün boşanacaqları barədə xəbərlər yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə