Doğuş: "Azərbaycan üçün canımı verərəm"

Türkiyəli müğənni Doğuş cəbhə xəttində yaşananan gərginlik barədə danışıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, müğənni Azərbaycanın torpaqları uğrunda mübarizəyə hazır olduğunu söyləyib: "Bir Türkiyə vətəndaşı olaraq qardaşlarımızın yanındayam, biz iki dövlət, bir millətik. Bu, həmişə belə olacaq. Ermənistan səfərbərlik elan edib, kim var, kim yox əsgərliyə çağırılıb. Biz də Azərbaycan üçün canımızı verərik. Bunu hamı bilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə