Manaf Ağayev əsgərlərə maddi yardım etdi

Manaf Ağayev əsgərlərə maddi yardım etdi

Son günlər cəbhə bölgəsində gedən döyüşlərdə əsgərlərə dəstək sənət adamları tərəfindən də əskik olmur. SİA-nın verdiyi xəbərə görə, həmin siyahıda mügənni Manaf Ağayevin də adı var. Belə ki, ifaçı növbəti xeyirxah əməlini nümayiş etdirib. O, Horadiz şəhərində yerləşən N saylı hərbi hissəyə əsgərlərin istifadəsi üçün gərəkli olan ləvazimatlar göndərib. Həmçinin Manaf Ağayev sosial şəbəkələrdə Azərbaycan ordusuna dəstək olaraq "Vətən oğlu" mahnısı ilə əsgərləri qələbəyə səsləyib. Manaf Ağayev digər sənətçiləri də bu kampaniyanı davam etdirməyə dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə