Tolik müğənnilərlə əsgərləri Tərtərdə ziyarət edəcək

Prodüser Tarix Əliyev (Tolik) müğənniləri cəbhə bölgəsinə getməyə çağırıb. SİA-nın məlumatına görə, əsgərlərimizə dəstək olmaq üçün prodüser cəbhə bölgəsinə yollanıb: "Müğənnilərə səslənirəm: Kim əsgərlərimizi görmək üçün Tərtərə getmək istəyir? Konsert verməsək də olar. Əsas odur ki, onların yanında olub, müsbət əhval-ruhiyyə bəxş edək. Onlar səngərlərdə görsünlər ki, biz yalnız bayramlarda deyil, hər an onların yanındayıq. Amma yalandan el gözünə "mən gedirəm" yazmayın. Gedənlər mənə zəng etsin".

Qeyd edək ki, Tolikin bu çağırışına müğənnilər Elton Hüseynəliyev, Nadir Qafarzadə, Aysel Əlizadə, Cəlal Cəngərli, Zemfira, rəqqasə Fatimə qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə