Aygün Kazımova: "Səngərə yollanan ilk azərbaycanlı müğənniyəm"

Aygün Kazımova: "Səngərə yollanan ilk azərbaycanlı müğənniyəm"

Azərbaycanın xalq artisti Aygün Kazımova cəbhədə yaşananlara münasibət bildirib. SİA-nın verdiyi xəbərə görə, o, bunları deyib:"Allahım, sən bizim əsgərlərimizi, məmləkətimizi qoru. Son bir neçə gün ərzində Azərbaycanın igid oğulları şəhid oldu. Allah onlara rəhmət eləsin. Ailələrinə və Azərbaycanıma başsağlığı verirəm. Əsgərlərimiz igidlik nümayiş etdirib. Bir neçə kəndi geri qaytarıb. Vətən anadır. Vətən mənim özümdür! Onsuz heç kiməm! Vətənsiz heç nəyəm! Cənab Prezident İlham Əliyev, sizinləyik! Ali Baş Komandanın əmrini gözləyirəm! Mən Qarabağ döyüşlərində avtomat çiynimdə səngərdə olan Azərbaycan qızıyam! Səngərə yollanan ilk azərbaycanlı müğənniyəm. Yenidən səngərə dönməyə hər an hazıram!"

Bütün xəbərlər Facebook səhifəmizdə