Cəlal Qurbanov: "Canım sənə fəda olsun Azərbaycan!”

Təkcə bu günlərdə deyil, hər gün televiziya kanallarında vətənpərvərlik haqqında kliplərin göstərilməsini, fm dalğalarında mahnıların və şeirlərin səsləndirilməsini istərdim. Bu, Vətənimizin keşiyində duran məğrur və cəsur əsgərlərimizdə ruh yuksəkliyini daha da artırar". Bu sözlər SİA-ya Vətənpərvərlik mövzusunda bir sıra mahnıların müəllifi Cəlal Qurbanov söyləyib. O, əminliklə bildirib ki, ordumuzun gücü sayəsində, bir qarış da olsun torpağımız düşmən tapdağı altinda qalmayacaq:"Vətəni qorumağ hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Mən də hamı kimi bu borcu verməyə hər an hazıram. Canım sən fəda olsun Azərbaycan!".

Qarabagda nalsız qalan,

O atların dırnaqları,

Qayalardan od qoparır.

Məscidlərdə minarələr alovlanır,

Yağı düşmən,

məzarlardan ad qoparır.

O kimsəsiz ağacların,

Budaqların yel qoparır.

Meyvəsini sel aparır.

O səslərdən damarlarda,

Axan qanlar coşub çağlar,

`Vətən` deyib sinə daglar.

Bizi səslər Cıdlr düzü,

Gen dərələr, sıra daglar.

Qəmli qəmli nəgmə deyən,

Buz bulaqlar.

O xan qızı Natəvan da,

segah üstə, qoca Xan da,

Tənha qalan Qarabaga səslər bizi.

Ey Türk oğlu orda səni,

Səsləyən var, gözləyən var.

Sənə ümüd bəsləyən var.

Qalx ayaga, birdəfəlik de sözünü,

Darda qalan Qarabağın,

Qoyma yolda sən gözünü!

Qeyd edək ki, "Qarabağın səsi" mahnısının sözləri Cəlal Qurbanovun, musiqisi isə Tünzalə Ağayevaya məxsusdur. Mahnı vətənpərvərlik mövzusunda yazılan ən təsirli musiqilərdəndir. Bəstə "ASAN Könüllüləri" İctimai Birliyinin təşəbbüsü ilə yazılıb.

Bu ifaya Türkiyə mediasında da geniş yer ayrılıb. Qardaş ölkənin ən nüfuzlu qəzetlərindən olan "Hürriyet" bu məsələyə toxunub və Cəlal Qurbanovun açıqlamasını yayımlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...