Aktrisa 60 kiloqramlıq paltarı geyinərək, xeyirxahlıq etdi FOTOLAR

Aktrisa 60 kiloqramlıq paltarı geyinərək, xeyirxahlıq etdi FOTOLAR

Sosial layihələrdən biri üçün podiuma çıxmağa hazırlaşan aktrisa Qonca Vuslateri dəfilədən öncə fotosessiya etdirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa modelyer Ertan Kayıtkenin kolleksiyasından 60 kiloqramlıq qara libas geyinib. Qonca paltarı haqda "Sosial layihə olduğu üçün 60 kiloqramlıq libas da geyinmək mümkün olurmuş. Həm zərif, həm də ağırdır. Hər nə qədər düz dayanmaqda çətinlik çəksəm də, fotosessiya baş tutdu" deyib.

Qeyd edək ki, dəfilədən gələn gəlir Behçet Uz Uşaq Xəstəxanasına ürək aparatı alınmaq üçün bağışlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə