Əri həbsdə olan Ebru qərar verdi

Əri həbsdə olan Ebru qərar verdi

İş adamı həyat yoldaşı Rza Zərrab Amerikada həbs olunduqdan sonra konsertlərini təxirə salacağı deyilən müğənni Ebru Gündeş qərara gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı bu ay üçün nəzərdə tutulmuş 9 konsertini təxirə salmamaq qərarı alıb. Ebrunun əvvəlcədən müqavilələrini imzaladığı konsertlər Kıbrıs, Antalya və İstanbulda baş tutacaq.

Beyin əməliyyatından sonra həkimlərinin xəbərdarlığına baxmayaraq konsertlərinə davam edən E.Gündeş "Səhnədə müalicə alıram" demişdi. Ebru konsertlərindən sonra Amerikaya həyat yoldaşının yanına gedəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə