Müğənni Yalın 36 yaşını sevgilisi Hazal Emre ilə məkanların birində qeyd edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, doğum gününün sonunda evə getmək istəyən ifaçı jurnalistləri görüncə gizli şəkildə məkandan ayrılmaq istəyib. Lakin sənətçinin bu arzusu ürəyində qalıb. Belə ki, Yalın məkanın arxa qapısında onu gözləyən media nümayəndələrinin fotokameralarına tuş gəlib. Jurnalistlər müğənniyə şəxsi həyatı haqqında sual veriblər. Lakin ifaçı onların suallarını cavabsız qoyub. O, media mənsublarına əlindəki telefonu göstərərək "Telefonla danışıram. Maşınımın pəncərəsini aça bilmərəm" sözlərini deyib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB