Adriana Lima: "Ətrafdakı insanların nə düşündüyü önəmli deyil" FOTOLAR

Model Adriana Lima gözəl bədən quruluşuna sahib olmağının səbəbini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, model bunları deyib: "Hər gün idman etmək məcburiyyətindəyəm. Şəxsi məşqçim var. Uzun illərdir ki, onunla boksla məşğul oluram. Boks olmadan həyatımı təsəvvür edə bilmirəm. Yalnız bu idman növü ilə məşğul olarkən stress ata və beynimi dincəldə bilirəm. Bir idman növü bu qədər faydalı ola bilərmi? Amma hər kəs fərqli yollarla rahatlıq tapır. Tövsiyyə edirəm ki, hamı özünə uyğun idman növü seçsin və mütəmadi olaraq, onunla məşğul olsun. Bu sadəcə gözəl vücuda sahib olmaq üçün deyil. Həm daxili dünyanız, həm də orqanizminiz üçün önəmlidir. İdmanla məşğul olmaqdan əlavə, xanımlara özləri kimi olmağı məsləhət görərdim. Ətrafınızdakı insanların haqqınızda nə düşündükləri önəmli deyil. Onlar tərəfindən bəyənilmək üçün özünüzü dəyişdirmənizə gərək yoxdur. Əgər hər hansısa bir qüsurunuz varsa, bunu özünüzə məxsus hesab edin və bu fərqliliyinizə görə, vücudunuza əziyyət etməyin. Sadəcə özünüzə güvənməyiniz yetər".

Bütün xəbərlər Facebook səhifəmizdə