Bu dəfə Əli Mirəliyevin cavabını Ceyhun verdi

Müğənni və bəstəkar Ceyhun Əliyev Əli Mirəliyevin "şou-biznesdə cəbhədə döyüşəcək kişi yoxdur" açıqlamasına münasibət bildirib. SİA-ya açıqlama verən Ceyhun qarşı tərəfə bunları deyib: "Təəssüf hissi keçirirəm ki, Əli müəllim tanıdı-tanımadı hamı haqqında eyni fikirdədir. Diqqətə çatdırım ki, mən hərbi hissədə olmuşam. Bir müddət arxa cəbhədə, daha sonra Füzulinin Əhmədbəyli kəndində ön cəbhədə hərbi xidmətimi başa vurmuşam. "Bu müğənnidi, hərbi xidmətə aparmaq olmaz, və ya əlinə silah vermək olmaz" kimi üzərimdə hansısa fikir yürüdən olmayıb. Vətənə sevgi peşəylə ölçülmür. Casarətli və ya qorxaq insan sənət adamları arasında da ola bilər, digər peşə sahibləri arasında da. Bəllidir ki, Azərbaycanın güclü ordusu var və hər bir əsgərimiz düşmənin önünə çıxa biləcək gücə malikdir. Əsgərlərimizə yetəri qədər təlimlər keçirirlir. Mən bunun həm hərbi xiddmət borcumu yerinə yetirəndə, eyni zamanda sənətçi kimi N saylı hərbi hissələrdə konsertlər zamanı şahidi olmuşam".

C.Əliyev yaşlı həmkarının şou-biznesin kişi nümayəndələrinin ünvanınna deyilən ifadəsi ilə qəti razılaşmadığını bildirib:"Şou-biznesdə elə oğullar var ki, sinəsini güllənin qarşısına sipər edər. O qədər işsiz-gücsüz adam var ki, oturub internetdə guruldayır. Amma qarşımıza çıxıb bir söz deyə bilmirlər. Çünki onların cəsarəti yoxdur. Əli müəllim bu yaşında nəvələri ilə oynasa, daha yaxşı olar. Bu sahədə aidiyyatlı insanların fikir bildirməyi daha məqsədə uyğundur".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...