Sənətçi 1 milyonluq reklama çəkiləcək

Sənətçi 1 milyonluq reklama çəkiləcək

"Coca Cola" şirkəti Ajda Pekkana reklama çəkilmək üçün 2 milyon lirə (təxminən 1 milyon manat) pul təklif edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, daha əvvəl firmanın reklamında müğənni Özcan Dənizlə Sıla çəkilmişdilər. Təxminən bir aydır Ajdanı yeni reklamda çəkilməyə razı salmağa çalışan şirkət rəsmiləri nəhayət "hə" cavabını alıblar.

Qeyd edək ki, Özcan Dəniz daha əvvəlki reklamdan 1,5 milyon, Sıla isə 700 min lirə almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə