Narkotik ticarəti cinayətindən 6 il 3 aylıq həbsə məhkum edilən müğənni Dəniz Səkinin yenə başı bəladadır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu yaxınlarda həbsxanada yazdığı "Dənizin dibi" adlı kirabı ona problem yaradıb. Belə ki, kamera yoldaşı D.Ç. adlı cinsiyyətini dəyişərək qadın olan məhkumun şikayəti əsasında Dəniz Səki polis bölməsinə aparılaraq ifadə verməli olub. Həyat yoldaşını öldürdükdən sonra cinsiyyətini dəyişərək Bakırköy Qadın Qapalı Cəzaevinə nəql edilən D.Ç. müğənnidən "təhqir" və "şəxsi həyatın gizliliyinin ifşa edilməsi" ittihamları ilə şikayət ərizəsi verib.
Onun iddiasına görə, D.Səki kitabında onun haqqında məlumatları ifşa edərək, təhqirə yol verib. Kitabdakı "əməliyyatla qadın olub bura gələn biri var. Adam arvadını öldürüb, uşağı da var" ifadəsindəki "adam" sözünün təhqir məqsədilə istifadə edildiyi bildirilib.
Dənizin vəkili Naim Karakaya isə müvəkkilinə qarşı irəli sürülən iddiaların reklam məqsədi daşıdığını və kitabda həmin şəxsin adının heç bir yerdə çəkilmədiyini söyləyib. Məsələ ilə bağlı jurnalistlərin suallarına isə Dəniz Səki cavab verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB