Xatirə İslam: “33 yaşında ər tapmışam, niyə qoymursunuz oturum?" FOTO

Xatirə İslam: “33 yaşında ər tapmışam, niyə qoymursunuz oturum?" FOTO

Müğənni Xatirə İslam ünvanına deyilən tənqidi sözlərə cavab verib. SİA-nın verdiyi xəbərə görə, o, bu haqda "İnstagram" səhifəsində yazıb: "Mən harada demişəm ki, qadınlar boşanandan sonra pis yola gedir? Bunu hansı saytdan oxumusunuz, hardandı bu məlumat? Görüm özünü gicitkan koluna sürtən kimdir, onu qaşınan yerindən qaşıyım da... Hərdən yazılarda gözüm sataşır ki, guya mən elə söz demişəm. Məncə bu boyda yalan yazılmaz.

Adam hər eşitdiyinə inanmaz, gördüyünə inanar. Bəzi saytlarda gündəm xatirinə yazılan yalan məlumatlardansa, mənim "İnstaqram" səhifəmə baxın. Mənə aid olan xəbərin ən düzgünü buradadır. Pəhrizdəyəm, əsəbiyəm, beynimi xarab etməyin".

Qeyd edək ki, X.İslam maqazin verilişlərinin birində "Nə istəyirsiniz məndən? 33 yaşında ər tapmışam, niyə qoymursunuz oturum? İstəmirsiniz ki, müğənnilərin də ailəsi, yanında sağlam həyat yoldaşı olsun? Boşananda nə olur? Hər şey pis olur, adamın adına pis sözlər deyilir, istər-istəməz ayağını əyri yola da atır" deyə bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə