Məşhur cütlük ayrıldı? FOTOLAR

Futbolçu Arda Turanın evlənməyə hazırlaşdığı Aslıhan Doğandan ayrılması barədə xəbərlər hələ də maraq dairəsindədir. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Arda Aslıhanın şəxsi həyatlarına aid fotoları paylaşmasına əsəbiləşib. Artıq 20 gündən çoxdur ki, ayrı yaşayan cütlüyün ayrıldığı istisna edilmir.

Ardanın qardaşının Aslıhanı "İnstagram"da izləməni dayandırmasından sonra eyni şeyi Aslıhanın bacısı da edib. O, Ardanı təqib siyahısından çıxarıb. Bunun ardından Aslıhan "İnstagram" profilini dondurub.

Arda Turan isə dünən etdiyi paylaşımı ilə diqqət çəkib. O, öz fotosunu paylaşaraq "İşığımız sönməsin!!!" qeydini yazıb. İzləyicilər fotoya "ayrıldılar" şərhini yazdığı üçün futbolçu paylaşımı silib.

Bütün xəbərlər Facebook səhifəmizdə