Mətanət İsgəndərli dostlarını başına yığdı FOTOLAR

Mətanət İsgəndərli dostlarını başına yığdı FOTOLAR

"Hər səhər" Musiqili-informasiya proqramının növbəti buraxılışı əməkdar artist Mətanət İsgəndərliyə həsr olunub. SİA-nın verdiyi xəbərə görə, çal-çağırlı keçən yaradıcılıq günündə bəstəkar Nailə Mirməmmədli, xanəndə Mənsum İbrahimov, qarmon ifaçısı Gövhər Həsənzadə, meyxanaçı Kərim, aktrisa Hüsniyyə Mürvətova, müğənnilər Kərim, Rüfət Axundov, Gülyanaq Məmmədova, Elxan Şirinov, Ədalət Şükürov, Səyyad Əlizadə,Rəşad İlyasov, Vasif Məhərrəmli, Samir Piriyev və başqaları iştirak ediblər.

Sənətçi dostları əməkdar artisti ,gül-çiçəyə qərq edib. Ona yaradıcılıq uğurları arzu ediblər.Mətanət İsgəndərlinin bacısı Sədaqət İsgəndərlinin səhnəyə çıxışı hamıda maraq yaradıb. Yeni mahnısını ilk dəfə yaradıcılıq günündə səsləndirən Sədaqət xanımla Mətanət xanımın bənzərliyi hər kəsdə onların ekzi olması sualını yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə