Müğənni Gülşənin "Dan Dan" klipi Türkiyənin ali televiziya qurumu olan RTÜK tərəfindən tənqid olunub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ-da şəhərlər arası bir yolda yerləşən oteldə çəkilən klipdə ifaçının geyindiyi "sinə dekolteli qırmızı bir mayo və dizüstü qırmızı dəri çəkmə" ilə "bədənini nümayiş etdirdiyi" deyilib.
RTÜK hazırladığı ərizədə Gülşənin davranışlarını uyğun saymayıb: "Müğənninin yataqda göstərdiyi davranışları, telefon danışığı intim xidmət verən qadınların reklamına bənzəyir".
Mahnının nəqarətindəki "öldürərəm özümü, dan-dan" hissəsi də RTÜK-ün etirazına səbəb olub. Qurum "Uşaq və gənclərin fiziki, zehni və əxlaqi inkişafına təsir edə biləcək səhnələr..." səbəbilə klipi yayımlayan "Kral Pop", "NR1", "Power Türk" və "Dream Türk" kanallarına xəbərdarlıq cəzası verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB