Keçmiş həyat yoldaşı və uşaqları Eltonun konsertində FOTOLAR

Keçmiş həyat yoldaşı və uşaqları Eltonun konsertində FOTOLAR

Aynur Hacıyevanın təşkilatçılığı ilə paytaxtın əyləncə məkanlarının birində müğənni Elton Hüseynəliyevin bayram əhval-ruhiyyəli konsert proqramı keçirilib. SİA-nın verdiyi xəbərə görə, konserti izləməyə gələnlər arasında tanınmışlardan Aygün Səmədzadə, Xumar Qədimova, Natavan Həbibi, Nanə Ağamalıyeva, Gülay Zeynallı və Kamil Zeynallı, Mirkamil, Emil Şahin, Tolik, Ayaz Qasımov, Vüsal Hacıyev və başqaları olub.

Elton Natavan Həbibi, Leyla Babayeva və bir neçə sənətçi ilə duet ifa edib. Gecə saatlarına qədər davam edən canlı musiqinin sədalarına hər kəs qol qaldırıb oynayıb.

Qeyd edək ki, iki qızı və keçmiş həyat yoldaşı Eltona dəstək olub və konserti sona qədər izləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə