Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında "Kazanova: sevgi dərsləri" tamaşasının premyerası olacaq. SİA-nın verdiyi xəbərə görə, səhnə əsəri Viktor Korkiya və Aleksandr Lavrinin pyesi əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Mustafa Mustafayevdir.
Kazanova obrazını Rus Dram Teatrının səhnəsində ilk dəfə xalq artisti Fəxrəddin Manafov ifa edib. Tamaşada xalq artisti Yuri Baliyev, əməkdar artist Firdovsi Atakişiyev, aktyorlar Murad Məmmədov, Yeganə Hüseynli, Yuri Omelçenko, Yaroslav Trifonov, Rüfət Nəzərov, Boris Brodski, Olqa Arsentyeva, Tamilla Abutalıbova, Olesiya Qasımova, Fəridə Nesterenko, Maya Vorobjanskaya, Fatimə Əliyeva və Zümrüd Əliyeva çıxış edib.
Qeyd edək ki, tamaşanın süjet xətti atanın ağıllı, qəşəng, inadkar xarakterə malik qızına nişanlı seçimi üzərində qurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB