Günay Musayeva: "Tolqa iki ildir, oğlunu görmür"

Günay Musayeva: "Tolqa iki ildir, oğlunu görmür"

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva verilişlərin birində qonaq olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, model keçmiş həyat yoldaşı aktyor Tolqa Kareldən söz açıb: "Heç kim boşanmaq üçün evlənmir, hər ailədə problem olur. Tolqa ata olmağın məsuliyyətini anlamadı. Ümumiyyətlə, bütün atalar uşaqlarına qarşı diqqətli deyil, yük ananın üzərinə düşür. Ailəmizdə zorakılıq var idi. Döyülməmişəm, mənəvi zorakılığa məruz qalmışam. Ən çətini də budur. Tolqa iki ildir, oğlunu görmür. Bu müddət ərzində bir dəfə gəlib, Cihangirlə foto çəkdirib, getdi. Cihangir onu tanımadı. Mən çox istəyirəm ki, övladım atası ilə vaxt keçirsin. Bütün bunlar oğluma pis təsir edir. Üzünüz hər zaman gülsə də, uşaqlar hər şeyi başa düşürlər. Mənim xoşbəxt olmamağım ona da təsir göstərir".

Qeyd edək ki, G.Musayevadan ayrılan T.Karel ailə qurmağa hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə