Müğənni Demet Akalın verilişlərin birində qonaq olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı proqramda həyat yoldaşı Okan Kurtla evliliyi haqda danışıb:"Xərclərimiz ayrıdır. Hərəmizin pulu özünə aiddir. Evin və mənim ehtiyaclarımı Okan ödəyir. Alış-verişlərimi isə özüm öhdəmə götürmüşəm. Ona ödətdirmərəm. 6-7 aydan bir aramızda mütləq nəsə problem çıxır. Bunu yoluna qoymaq insanların öz əllərindədir. Mənim bütün dərdim qızım Hiradır. Səhər oyananda ikimizdən birini mütləq yanında görməlidir. Bütün etmək istədiklərimi Okanla edirəm. Dedi-qoduları da onunla edirəm. Həm dostum, həm həyat yoldaşımdır".
Demet son zamanlar maqazin gündəmində yer alan boşanmalara da fikir bildirib:"İremlə Rzanın boşanmasına təəccüblənmədim. Daha əvvəl də o xəbərlər çıxmışdı deyə gözlədiyim hadisə idi. Bade İşçilin həyat yoldaşıyla barışmasına çox əsəbiləşdim. Qıza çox dəstək olmuşdum. Hələ də inana bilmirəm. Heç bir şeyə təəccüblənmədiyim halda Badeyə şok oldum".
Müğənni verilişdə müğənni Deniz Sekinin həbsdən gələn məktubu oxununca göz yaşlarını saxlaya bilməyib:"Deniz Sekiyə həbsxananı yaraşdırmıram. Bizim onunla arzularımız var idi. Hira anadan olanda o da ana olacaqdı. Deniz çox qiymətli bir insandır. Çıxanda bütün arzularımızı həyata keçirəcəyik. Çox güclü qadındır. Ondakı güc məndə olsa, dünyanı dağıdardım. O qədər təcavüzçü və qatillər çöldə ikən hər şey dostumun başında çartladı".
Verilişin sonunda Demetin həyat yoldaşı Okan Kurt da gələrək ona sürpriz edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB