Şaban anasına qovuşdu FOTO

Türkiyəli aktyor Ali Sunalın nənəsi Saimə Sunal vəfat edib. SİA-nın türk mətbuatına istinadən xəbərinə görə, Şaban obrazı ilə tanınan Kemal Sunalın anasının ölüm xəbərini Ali sosial şəbəkədə yazıb. O, "Sultanım Kemalinə qovuşdu" deyə, bildirib. Saimə Sunal günorta namazından sonra dəfn edilib. Mərasimdə aktyor dostları da Alini tək qoymayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə