Komediya ustası vəfat etdi

ABŞ-ın məşhur komediya ustası Qarri Şandlinq Los-Ancelesdə dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, 66 yaşlı aktyorun müalicə aldığı xəstəxanada vəfat etdiyi və ölüm səbəbinin hələ açıqlanmadığı deyilir.

Qeyd edək ki, aktyor, ssenarist, prodüser və rejissor kimi tanınan Qarrı karyerasına komediya seriallarında yer alaraq başlayaıb. O, müəllifi olduğu "The Larry Sanders Show" və "It's Garry Shandling's Show" serialları ilə tanınırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə