Elçin Sanqu 3 milyonluq müqavilə imzalayıb FOTOLAR

Elçin Sanqu 3 milyonluq müqavilə imzalayıb FOTOLAR

"Kiralıl Aşk" serialındakı "Defne" obrazı ilə ulduzu parlayan Elçin Sanqu reklam şirkəti ilə müqavilə imzalayıb. SİA-nın hurriyet.com-a istinadən verdiyi xəbərə görə, o, dalbadal gələn reklam təklifləri arasından ikisini qəbul edib və bir geyim markası ilə razılaşaraq onların yeni kolleksiyasının tanıtımı üçün kamera qarşısına keçib. Nəticədə, bu, aktrisaya il ərzində 3 milyon TL qazandırmış olacaq.

Qeyd edək ki, E.Sanqu daha əvvəl həmkarı Məryəm Uzerlinin oynadığı bir şampun markasının da siması olmuş, anlaşmadan 1 milyon TL gəlir əldə etmişdi.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə