“Xanımlar üçün həm ailəni, həm sənəti bir arada yürütmək çətindir" FOTOLAR
Müğənni və bəstəkar Ceyhun Əliyev şou-biznesdə uğurlu və uğursuz ailələrdən danışıb. Bu haqda SİA-ya açıqlama verən gənc ailə başıçısı ailəni qoruyub saxlamağın çətinliklərindən bəhs edib:
"Ailəmin məsuliyyətini daşıyıram. Toydan, tədbirdən çıxan kimi evə, ailəmin yanına gedirəm. Amma bu, hər şey deyil. Bu həyatda heç kim uzunömürlü ailəli kimi sığortalanmayıb. Hətta valideynlərin məsləhəti ilə evlənən ailələr qısa zamanda dağılıb. Əgər cütlük xoşbəxt deyilsə, buna səbəb onun müğənni, yaxud bank işçisi olması deyil. Sadəcə, sənətçilər məşhur olduğu üçün boşanma, evlənmə xəbəri sürətlə yayılır.
Cenifer Loppez bir neçə dəfə ailə həyatı qurub. Hətta həyat yoldaşlarından biri ona xidmət göstərən ofisiant olub. Sevgi üzərində qurulan evliliklər də bir gün bitir. Bunun da səbəblərindən biri səbrsizlikdir. Ailədə mütləq güzəştə getməyi bacarmalıyıq. Bizim də ailədə söz-söhbət olur. Kim deyirsə "yağ-bal kimiyik", inanmayın. Çünki çəkişməsən bərkiməssən. Amma çəkişmələr də məhkəmə salonuna kimi sürməməlidir. Təəssüf ki, ətrafımızda belə insanlara az rast gəlmirik. Boşanma xəbəri eşidəndə üzülürəm, bir evin çırağı sönür. Şou-biznesdə boşanmaları heç istəmirəm. Xanım sənətçilər üçün həm ailəni, həm sənəti bir arada yürütmək çətin və məsuliyyətlidir".
C.Əliyev öz ailəsindən də danışaraq, evində müğənni deyil, evində kral, həyat yoldaşı, ata oldğunu qeyd edib: "Evdə qaz da, işıq da kəsilə bilər. Onda ulduz kaprizi edib, kənara çəkilmirəm ki?! Amma elə müğənni tanıyıram ki, evində sayğacın yerini belə bilmir. Peşəsindən asılı olmayaraq, hər bir ev sahibi hər şeyi öz nəzarətində saxlamalıdır. Ailəmizə güvəndiyimiz qədər, qazandığımız pulu xərcələməyi də bilməliyik".
.jpg)
.jpg)
.jpg)
Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB