Aktrisaya avtomobil hədiyyə olunub

Bu yaxınlarda sevgilisi ilə birlikdə Maldiv adalarında tətilə çıxan aktrisa Dilara Öztunç Türkiyəyə qayıdıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sonuncu dəfə "Qamsız hayat" serialında çəkilən aktrisa ad gününü qeyd edib. 27 yaşı tamam olan Dilaraya doğum günündə avtomobil hədiyyə olunub. Adına və təvəllüdünə uyğun nömrə nişanlı, son model maşının fotosunu sosial şəbəkədə paylaşan D.Tunç hədiyyənin kim tərəfindən edildiyini açıqlamayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə