Aktyor Burak Özçivit və aktrisa Fahriye Evcen idman salonundan çıxarkən jurnalistlərin fotokameralarının hədəfinə çevriliblər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, sevgilisinin çantasını daşıyan Burak evlilik barədə suallara "hər şeyin xeyirlisi, indi heç nə demək istəmirəm" cavabını verib.
Eyni zamanda Burakın 2 il əvvəl açdığı, bu yaxınlarda satışa çıxardığı dönər dükanı ilə bağlı xəbər yayılıb. Belə ki, iki aydır alıcı tapmayan aktyor məkanın qiymətini 400 min lirəyə (təxminən 200 min manat) kimi salmaq məcburiyyətində qalıb. Satışı tezləşdirmək istəyən Özçivitin planı alınmayınca kefi pozulub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB