Müğənninin oğlunun öldürdüyü şəxsin cəsədi tapıldı

Müğənninin oğlunun öldürdüyü şəxsin cəsədi tapıldı

Daxili İşlər Nazirliyi Bərdə rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. SİA-nın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, martın 15-də Bərdə şəhərində Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Məkan Rüstəmovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.

Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Tural Allahverdiyev tutulub.

Nəzərinizə çatdıraq ki, cinayətkar saxlanılarkən bıçaqla özünə xəsarət yetirib. İlkin araşdırma zamanı məlum olub ki, M.İsmayılovun T.Allahverdiyevə 1000 manata yaxın borcu olub. Araşdırma aparılır.

Qeyd edək ki, T.Allahverdiyev mərhum müğənni Vidadi Bərdəlinin qeyri-rəsmi nikahdan olan oğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə