Adriana Lima rəsmən boşandı FOTOLAR

Adriana Lima rəsmən boşandı FOTOLAR

Model Adriana Lima və basketbolçu Marko Yariçdən xoşagəlməz xəbər var. SİA-nın xarici KİV-ə istinadən məlumatına görə, keçən həftənin sonu Manhettendə tərəflər arasında boşanma məhkəməsi baş tutub. İki uşaqları olan cütlük rəsmi şəkildə boşanıblar.

Nəzərinizə çatdıraq ki, cütlük 2014-cu ildə ayrıldıqlarını elan etmişdilər.

Qeyd edək ki, Lima və Yariç 2009-cu ildə ailə qurmuşdu. Son zamanlar Adriananın müğənni Castin Biberlə yaxın olduğu deyilir. Marko Yariç isə model Duşiko Saviçlə sevgilidir.

Bütün xəbərlər Facebook səhifəmizdə