Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı və aşıqlardan ibarət heyət Qobustanda yaşayan ən yaşlı ustad aşıq Xanmusa Musayevə baş çəkiblər. SİA-nın verdiyi xəbərə görə, bayram və özəl günündə yaşlı sənətkarları diqqətdən kənarda qoymayan qurum rəhbəri və üzvləri bu dəfə də ənənəsinə sadiq qalıb. Bayram hədiyyələri ilə yola düşən heyət İlaxır çərşənbə günü ustadın könlünü xoş ediblər. Daha sonra aşıq Əli ustadından öyrəndiyi havaları sazda səsləndirib. Əhval-ruhiyyəsi el havalarına köklənən Xanmusa Musayev səhhətindəki problemləri unudub. O, maraqlı söhbətlər edib, xatiirələrindən danışıb, qəzəllər söyləyib.
Qeyd edək ki, Musayev Xanmusa Musaxan oğlu 1926-cı ildə Şamaxıda anadan olub. 1950-ci ildən sərbəst aşıqlığa başlayıb. 500-ə yaxın şeirin və bir neçə dastanın müəllifidir.


.jpg)



.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB