İlaxır çərşənbədə qulaq falına çıxan və papaq atan şou-biznes əhli SORĞU-FOTOLAR
Bu gün Azərbaycanda Novruz çərşənbələrindən sonuncusu, Torpaq çərşənbəsi qeyd olunur. SİA məşhurlar arasında sorğu keçirərək, onların bu günü necə qeyd edəcəklərini soruşdu.
Həmin sorğunu təqdim edirik:
Xalq artisti Səməd Səmədov: "Özüm heç vaxt papaq atmamışam. Amma hər zaman qapıma atılan papaqları doldururam ki, ruzi-bərəkətim bol olsun. Qulaq falına çıxmamışam".

Müğənni Vasif Məhərrəmli: "Uşaq vaxtı tez-tez papaq atdırdım. Hazırda qızım Avşana görə papaq atıram. Qulaq falına hələ ki, çıxmamışam".

Müğənni Rəqsanə İsmayılova: "Qulaq falına çox inanıram. Çünki iki dəfə qulaq falına çıxmışam. Qapıdan eşitdiklərim düz çıxıb. Uşaq vaxtı papaq atmışam. Bu il isə papaq ata bilməyəcm. Çünki elə binada yaşayıram ki, mümkün deyil".

Müğənni Ceyhun Əliyev:"Uşaqlıqda çox qapı pusmuşam. Artıq bu ənənə mənim üçün geridə qalıb. Bu axşam tonqal üzərindən mütləq atdanacam. İlaxır çərşənbə daha çox xanımlar fala baxır. Oğlanlar üçün fal yox, qapıya papaq atmaq daha maraqlıdır. Hərdən uşaqlara qoşulmaq istəyirəm. Ürəyimdən keçir, amma yaşıma görə utanıram".

Stilist Samiraldo: "Neqativ insanlardan uzağam. Bu il heç kimlə barışmağı fikirləşmirəm. Qonşumgilə qulaq falına çıxacam və papaq atacam".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB