Türkiyəli məşhurların dəstək olduğu "Doğan Canku ilə 50 il" albomunun ilk klipi təqdim olunub. SİA-nın Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, Kənan Doğulunun "Gecələr" mahnısına çəkilmiş ekran işidir. Aranjimanı Ozan Doğuluya aid olan mahnının klipi iki fərqli məkanda – çimərlikdə və gitara emalatxanasında lentə alınıb.
Qeyd edək ki, Kamal Başbuğun rejissorluğu ilə ərsəyə gələn iş 2 günə tamamlanıb.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB